Milli Məclis MDB İcraiyyə Komitəsi ilə bağlı protokolu təsdiqləyib
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclis MDB İcraiyyə Komitəsi ilə bağlı protokolu təsdiqləyib
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmış “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” müzakirəyə çıxarılıb.
Qərara əsasən, sənəd Azərbaycan Respublikasının müvafiq qeyd-şərti ilə təsdiq edilib.
Qeyd-şərtdə bildirilir ki, 21 iyun 2000-ci il tarixli Protokolla təsdiq edilmiş MDB İcraiyyə Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsinə dair Protokola Azərbaycan Respublikasının xüsusi rəyi nəzərə alınır.
Sənədə əsasən, dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Mart 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















