Milli Məclisdə 2025ci il üçün Azərbaycanın dövlət büdcəsinin müzakirələri başlayıb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisdə bu gündən etibarən Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayıb.
“Report”un məlumatına görə, ilkin olaraq ilin əsas iqtisadi sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilir.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.

Milli Məclisdə 2025ci il üçün Azərbaycanın dövlət büdcəsinin müzakirələri başlayıb
18 Noyabr 2024 11:03
Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq
14 Noyabr 2024 21:18
Milli Məclisdə dövlət büdcəsinin müzakirələri BAŞLADI
25 Noyabr 2024 11:07

