Milli Məclisdə “Bənövşə gölü” su anbarının bərpası məsələsi qaldırılıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisdə “Bənövşə gölü” su anbarının bərpası məsələsi qaldırılıb.
APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Badamov deyib ki, Qusar şəhərinin yanındakı “Bənövşə gölü” su anbarı Qusar şəhəri və ətraf kəndlərini uzun illər içməli və təsərrüfat suyu ilə təmin edib.
“Amma son illər baxımsız qalıb və qurudularaq yararsız hala gətirilib. Dünyada baş verən iqlim dəyişiklikləri şirin su mənbələrinin azalmasına gətirib çıxarır. Bu baxımdan su anbarlarının tikilməsi və bərpası çox aktual məsələdir. Bütün bunları nəzərə alaraq müvafiq qurumdan Qusar şəhərinin yanında yerləşən “Bənövşə gölü” su anbarının bərpasını diqqətdə saxlanılmasını xahiş edirəm”, - deyə deputat bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Noyabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















