Icma.az
close
up
RU
Milli Məclisdə Britaniya Lordlar Palatasının üzvü ilə görüş keçirilib

Milli Məclisdə Britaniya Lordlar Palatasının üzvü ilə görüş keçirilib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabrın 25-də Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Safrazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, işçi qrupunun üzvü Səməd Seyidov qonaqları salamlayaraq, onları Milli Məclisdə görməkdən məmnunluğunu bildirib.

O, parlamentlərarası əlaqələrin ölkələr arasındakı münasibətlərin inkişafına müsbət təsirindən danışıb və iki ölkə arasındakı əlaqələrin tarixi, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə dövlətlərimiz arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Aamer Safraz bu gün ADA Universitetində 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun səmərəli olduğunu bildirib. O qeyd edib ki, bütün sahələrdə tərəfdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Görüşdə Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Zaur Şükürov, Tural Gəncəliyev çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişafında müxtəlif səviyyələrdə, o cümlədən diplomatik dialoqun önəmini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr iqtisadi, siyasi, humanitar, enerji sahələri ilə yanaşı, digər sahələri də əhatə edir və qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri