Milli Məclisdə qadınların qətlə yetirilməsi ilə bağlı məsələ qaldırdı
Icma.az, Olke.az saytına istinadən bildirir.
Son illərdə qadınların, xüsusən də məişət zəminin qətlə yetirilməsi faktına çox rast gəlinir və bu çox narahatedici hal alıb.
Ölkə.az xəbər verir ki, bunu deputat Tamam Cəfərova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsininin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ən sonuncu 14 yaşlı yeniyetmə anasını qətlə yetriməsi barədə fakt ictimaiyyətə məlumdur. “Biz tez-tez atanın öz qızını, kişinin məişət zəminində öz həyata yoldaşını qətlə yetirməsi məlumatları ilə üzləşirik. Bu məsələlərin müzakirə olunamasına ehtiyac var”, - o qeyd edib.
Deputat əlavə edib ki, son illərdə görülən müvafiq profilaktik tədbirlər nəticəsində qətl hadisələri azalıb, amma ildə bir qadının belə məişət zəminində qətlə yetirilməsi çoxdur. Bununla bağlı ictimai dinləmənin keçirilməsinə ehtiyac var.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Sentyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















