Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsini ziyarət edib.
Ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri, qazilər və ağsaqqallar da iştirak ediblər. Millət vəkili şəhid ailələri ilə görüşdə qeyd edib ki, Vətən uğrunda canlarını fəda edən igidlərin qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Vurğulanıb ki, dövlətimiz və xalqımız hər zaman onların müqəddəs xatirəsini yaşadacaq. Prezident İlham Əliyevin bu kateqoriyadan olan şəxslərə göstərdiyi diqqət və qayğıdan bəhs edən Anar Məmmədov bildirib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş tədbirlər görüləcək.Daha sonra A.Məmmədov bu rayonun Kəngərli kəndindən olan şəhidi Səbuhi Zahid oğlu Məmmədovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Baxış sayı:21
Bu xəbər 27 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















