Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaynaq kəndində Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş Cahangir Hətəm oğlu Surxayzadənin ailəsini ziyarət edib. Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və şəhid ailələrinin üzvləri iştirak ediblər. Anar Məmmədov şəhidin valideynlərinə baş sağlığı verib, millət vəkili 44 günlük Vətən müharibəsində ordumuzun tarixi Qələbəsindən bəhs edib. O, şəhid ailələrinə, qazilərə və veteranlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışıb.Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən qayğıya görə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 08 Dekabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















