Milli Məclisin komitə sədri də yığmaların uğursuzluğuna biganə qalmadı
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı". Sport24.az "APA-Economics" ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Komitə sədri ardınca aşağı yaş qruplarının da nəticələrinin ürəkaçan olmadığını vurğulayıb: "Biz artıq 30 ilə yaxındır ki, bu hissləri yaşamağa davam edirik. Nəyə görə biz hər zaman böyük hesablı məğlubiyyətləri görürük? Digər təhlükəli tərəfi odur ki, aşağı yaş qruplarında nəticələr ürək açan deyil. Hər bir idmançı üzərində daşıdığı formanın məsuliyyəti dərk etməlidir".
Qeyd edək ki, dünən Azərbaycan millisi İsveçə 0:6 hesabı ilə uduzub. Milltlər Liqasında qrupun yekun nəticəsinə əsasən, Azərbaycan yığması D liqasına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















