Icma.az
close
up
RU
Milli Məclisin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində və Bəhreyn Krallığında səfərdə olub

Milli Məclisin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində və Bəhreyn Krallığında səfərdə olub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Milli Məclis Aparatının nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində və Bəhreyn Krallığının Manama şəhərində səfərdə olub.

XQ xəbər verir ki, səfər zamanı Milli Məclisin Aparatı ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının və Bəhreyn Nümayəndələr Şurasının Baş katiblikləri arasında təcrübə mübadiləsi çərçivəsində süni intellektin parlament fəaliyyətində tətbiqi və "Yaşıl Parlament" layihəsi ilə bağlı mütərəqqi təcrübələrdən yararlanmaq barədə müzakirələr aparılıb.

Birləşmiş Ərəb Əmirliklərinə səfər zamanı Federal Milli Şuranın fəaliyyəti ilə tanışlıq çərçivəsində Milli Məclis Aparatının nümayəndə heyətinə Baş Katibliyin müxtəlif idarələrinin rəhbərləri tərəfindən təqdimatlar edilib. Federal Milli Şuranın Baş Katibliyinin parlament araşdırmaları, plenar sessiyaların və komitələrin işinin təşkili, rəqəmsal transformasiya və süni intellektin tətbiqinə məsul olan müvafiq şöbələrinin məlumatları dinlənilib, BƏƏ parlamentinin strukturu, nəzarət funksiyası, qanunvericilik və beynəlxalq fəaliyyəti, həmçinin ictimaiyyətlə əlaqələri barədə çıxışlar edilib, qeyd olunan mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Bəhreyn Krallığına səfər çərçivəsində isə Baş Katibliyin struktur bölmələrinin rəhbərləri parlamentdə süni intelektin imkanlarının tətbiq edilməsi, "Yaşıl Parlament" layihəsi, informasiya texnologiyaları və digər sahələr üzrə görülən işlərə dair təqdimatlarla çıxış ediblər. Milli Məclis Aparatının nümayəndə heyəti "Yaşıl Parlament" ilə bağlı Nümayəndələr Şurasının əldə etdiyi uğurlar, bununla əlaqədar parlamentdə yaradılmış müvafiq infrastrukturla yaxından tanış olub, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qanun yaradıcılığı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Milli Məclis Aparatının nümayəndə heyəti BƏƏ Federal Milli Şurasının Baş katibi Ömər Əl-Nuaimi və Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayi ilə də görüşlər keçirib.

Görüşlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə bu ölkələrin parlamentləri arasında əməkdaşlıq, Aparatlar arasında əlaqələrin möhkəmləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi barədə müzakirələr aparılıb.

Səfərlər çərçivəsində Milli Məclis Aparatının nümayəndə heyəti BƏƏ Federal Milli Şurasının və Bəhreyn Nümayəndələr Şurasının inzibati binaları, plenar iclas zalları, elektron səsvermə sistemləri, deputatlar və əməkdaşlar üçün yaradılmış iş şəraiti, istifadə olunan informasiya texnologiyaları sistemləri və tətbiq edilən son yeniliklərlə də tanış olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri