Milli Məclisin nümayəndə heyəti Çinə səfər edəcək
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının “Xalq diplomatiyası və qardaş şəhərlər Forumu”nda iştirak etmək üçün iyulun 1-də Çin Xalq Respublikasının Şenyan şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin deputatları Cavanşir Paşazadə, Rəşad Mahmudov və Göydəniz Qəhrəmanov daxildirlər.
Forumda “Xalqlar arasında dostluğun dərinləşdirilməsi, davamlı inkişafın təşviqi” mövzusunda müzakirələr aparılacaq.
Səfər iyulun 7-də başa çatacaq.
Süleyman
Baxış sayı:93
Bu xəbər 30 İyun 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















