Milli Məclisin payız sessiyası çərçivəsində son iclası dekabrın 29da başa çatacaq
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin payız sessiyası çərçivəsində son iclası dekabrın 29-da keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə spiker Sahibə Qafarova bildirib.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Ancaq Nazirlər Kabinetinin qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri, 28 və 29 dekabr 2024-cü il tarixləri iş günləri olacaq.
Bununla əlaqədar Milli Məclisin payız sessiyası dekabrın 29-da başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 27 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















