Icma.az
close
up
RU
Milli Məclisin sədri Sahibə Qafarova Çin nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Çin nümayəndə heyəti ilə görüşüb

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Milli Məclisin sədri Sahibə Qafarova Çinin Xarici Siyasət üzrə Xalq İnstitutunun nümayəndə heyətinin rəhbəri, Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə Bakıda keçiriləcək XII Bakı Qlobal Forumunun əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılaraq, qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemləri həll edən aparıcı beynəlxalq qurumlardan birinə çevrilib. Mərkəzin yarandığı gündən qlobal ictimaiyyəti narahat edən məsələlərin müzakirə olunduğu və bu gün üzləşdiyimiz aktual problemlərin həlli yollarının axtarıldığı bir platforma olduğu diqqətə çatdırılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Çinlə əməkdaşlığın ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Ölkələrimizin bir çox məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirdiyi məmnunluqla ifadə edilib.
Ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərin qurulmasında dövlət başçılarının, qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun xüsusi rolu qeyd olunub. Söhbət zamanı, Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin önəmi vurğulanıb.
Görüşdə ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərə diqqət yönəldilərək, iki ölkənin parlamentləri arasında səmərəli əməkdaşlığın mövcud olduğu bildirilib. Milli Məclisin sədri parlament təmsilçiləri arasında da təmasların, qarşılıqlı səfərlərin əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini söyləyib.
Vu Honqbo XII Bakı Qlobal Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, tədbirin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, Azərbaycanın evsahibliyi ilə COP29-un uğurla təşkil olunduğunu bildirərək, Çinin də bu prosesə öz töhfəsini verdiyini qeyd edib.
Söhbət zamanı, hazırda dünyada dəyişən geosiyasi vəziyyət, mövcud çağırışlar fonunda baş verən bir sıra proseslərin ciddi narahatlıq doğurduğu qeyd edilərək, çoxtərəfli əməkdaşlığın əhəmiyyəti bir daha diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Mart 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri