Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Yanvarın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq, qarşıdakı sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar diləyib və gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.
Newscenter.az xəbər verir ki, komitə sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin dövlətimizin enerji və ekologiya sahələrində yeni mərhələyə qədəm qoymasına, enerji təhlükəsizliyində beynəlxalq etibarlılığın artmasına və regional əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.
Gündəliyin birinci məsələsi olan Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2025-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatı təqdim edilib. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib və 19 məsələyə baxılıb. 3 qanun layihəsi üçüncü oxunuşda, 3 qanun layihəsi isə birinci oxunuşda baxılaraq, Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
Sonra komitə sədri Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2026-cı ilin yaz sessiyasında görüləcək işlər barədə məlumat verib.
Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib.
Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Fatma Yıldırım, komitə üzvləri Asif Əsgərov, Afət Həsənova, Naqif Həmzəyev, Vüqar Rəhimzadə, Rövşən Muradov çıxış edərək rəy və təkliflərini bildiriblər.
İclasda müzakirə olunan məsələlər təsdiqlənib.
İclasda komitə üzvləri Nigar Arpadarai, Eyvaz Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasındakı ilk iclası keçirilib
18 Sentyabr 2025 16:02
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
24 Yanvar 2025 16:34
Milli Məclisin iclasında...
08 Noyabr 2024 10:03
Baxış sayı:116
Bu xəbər 22 Yanvar 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















