Milli Məclisin təmsilçiləri QDİƏT in iclasında iştirak edəcək
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin komitə sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial məsələlər və humanitar siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova martın 3-də Albaniya Respublikasının Tirana şəhərinə səfər edəcəklər.
XQ xəbər verir ki, səfər çərçivəsində deputatlarımız QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin iclasında iştirak edəcəklər.
İclasda “Qara dəniz regionunda əlaqələrin və əməkdaşlığın gücləndirilməsində mədəni diplomatiyanın rolu” mövzusunda məruzələr dinləniləcək və tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.
Baxış sayı:99
Bu xəbər 02 Mart 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















