Icma.az
close
up
RU
Milli Məclisin üzvləri Şimali Kiprə səfər etdi Fotolar

Milli Məclisin üzvləri Şimali Kiprə səfər etdi Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun  üzvləri Şimali Kiprdə səfərdədirlər. Şimali Kiprə səfər edən nümayəndə heyətinə Milli Məclisin deputatı,  ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev rəhbərlik edir.

Səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatar Cavanşir Feyziyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Ersin Tatar Azərbaycana səfərlərini xatırladaraq bu dostluq, qardaşlıq görüşlərinin bundan sonra da davam edəcəyini bildirib.

Şimali Kipr Türk Respublikasının Türk Dünyasının ayrılmaz bir parçası olduğunu vurğulayan Ersin Tatar bu yolda qardaş Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib. E. Tatar Şimali Kipr Türk Cümhuriyyətinin  türk dünyasında rolunun artırılmasına verdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

Cavanşir Feyziyev 15 Noyabr - Respublika Günü münasibətilə Ersin Tatarı təbrik edib. Millət vəkili qeyd edib ki, məhz bu gün ərəfəsində Şimali Kipr Türk Cümhuriyyətində olmaq şərəfdir.

Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu Cavanşir Feyziyevi qəbul edib.

Tahsin Ertuğruloğlu KKTC-nin yaranmasının 41-ci ildönümü və 15 Noyabr - Respublika Günü şənliklərində iştirak etmək üçün ölkəyə gələn Cavanşir Feyziyev və Tural Gəncəliyevə öz salamlarını çatdırıb.

Ertuğruloğlu Azərbaycan nümayəndə heyətinə Kipr türk xalqının bayramında yanında olduqları üçün təşəkkür edib.

Qəbulda ŞKTC-Azərbaycan Milli Məclisi Dostluq Qrupunun üzvləri Rəsmiyə Canaltay və Həsən Tosunoğlu da iştirak edib.

Qardaş ölkədə görüşlərini davam etdirən Azərbaycan nümayəndə heyətini Şimali Kipr Türk Cümhuriyyətinin Məclisinin sədri Ziya Öztürkler qəbul edib. Fəxri ziyafət salonunda keçirilən ziyafətdə çıxış edən Cavanşir Feyziyev Ziya Öztürkləri TBMM Başkanlığı seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Müstəqilliyin əldə olunmasının çox çətin bir nemət olduğunu vurğulayan Feyziyev, Şimali Kipr Türk Cümhuriyyətinin inkişafı və möhkəmlənməsinə bütün türk dünyasının borclu olduğunu bildirib.

Feyziyev ŞKTC-nin güclənməsi üçün əllərindən gələni edəcəklərini, iki ölkə arasında son illərdə inkişaf edən əlaqələrin əsasının da məhz bu olduğunu bildirib.
Cavanşir Fevziyev bildirib ki, Azərbaycan bu günə qədər bir çox çətinliklərlə üzləşib, lakin bu məqamda öz problemləri həll olunduğu kimi, ŞKTC qarşısındakı maneələr də aradan qaldırılacaq və onlar üzərinə düşəni edəcək.

Fevziyev çıxışının sonunda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb.

Ziya Öztürkler məhz 15 Noyabr - Respublika Günü ərəfəsində onların yanında olduqları üçün  Cavanşir Feyziyevə və Tural Gəncəliyevə təşəkkür edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see302

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see236

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see147

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri