Icma.az
close
up
RU
Milli Məclisin yaz sessiyası yüksək səviyyədə keçəcək Spiker

Milli Məclisin yaz sessiyası yüksək səviyyədə keçəcək Spiker

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bildiyiniz kimi, Milli Məclis ötən ili uğurla başa vurmuşdur. Öz fəaliyyəti ilə parlament Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görmüşdür. Xatırladım ki, ötən ilin yekunları barədə mən sizə ətraflı məlumat vermişdim".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının 2026-cı il 02 fevral tarixli ilk plenar iclasında çıxışı zamanı bildirdi.

Spiker qeyd etdi ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib:

"Deputatlarımız 2 beynəlxalq təşkilatın tədbirlərində iştirak etmişlər.  Parlamentin 10 üzvü tərəfindən 6 xarici ölkəyə 18 səfər həyata keçirilmişdir.

Ay ərzində 5 ölkənin və 1 beynəlxalq təşkilatın 6 nümayəndə heyəti, ümumən 44 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.

Milli Məclis sədrinin başçılığı ilə  nümayəndə heyəti  yanvarın 25-də və 26-da Bəhreyn Krallığında rəsmi və işgüzar səfərlərdə, yanvarın 27-də Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə, yanvarın 28-də isə Oman Sultanlığında  rəsmi səfərdə olmuşdur.

Bəhreyn Krallığına rəsmi səfər çərçivəsində Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh, Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al Musalam ilə görüşlərim oldu.

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalandı. Sənədi parlament sədrləri imzaladılar.

Bəhreyn Krallığına işgüzar səfərdə məqsəd Asiya Parlament Assambleyasının yanvarın 26-da keçirilən 16-cı plenar sessiyasında iştirak etmək idi. Sessiyada mən çıxışımda son 2 ilə yaxın dövr ərzində Milli Məclisin Parlament Assambleyasına sədrlik fəaliyyətinin nəticələri  barədə məlumat verdim.

Plenar sessiyanın yekununda Manama Bəyannaməsi qəbul edildi.

Bəyannamədə Asiya Parlament Assambleyasına uğurlu sədrliyinə, təşkilatın məqsədlərinin reallaşdırılması işində liderliyinə və səylərinə görə Milli Məclisə təşəkkür edilir. Bəyannamədə həmçinin multikulturalizmin, tolerantlığın təşviq olunmasında ölkəmizin ardıcıl və prinsipial səyləri yüksək qiymətləndirilir.

Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında Assambleyaya sədrlik rəsmi olaraq Bəhreyn Krallığının Nümayəndələr Şurasına təhvil verildi.

Yanvarın 27-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərdə əsas məqsədlərdən biri Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak etmək idi.

Mən öz çıxışımda tədbirin mövzusunun əhəmiyyəti barədə fikirlərimi bölüşdüm. Azərbaycanda gender bərabərliyi sahəsində mövcud olan vəziyyət və müsbət təcrübə haqqında tədbir iştirakçılarına məlumat verdim.

Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaş ilə görüşüm oldu. Görüşdə ölkələrimiz arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olundu.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyünü xatırlatdım. Dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq görülməsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirdim.

Səfərdə məqsədlərdən biri də Aralıq Dənizi Parlament Assambleyasının sədri cənab Cülio Çentemero ilə görüşüb danışıqlar aparmaq idi. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər nəzərdən keçirildi.  Xüsusən Parlament Assambleyasının Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciətin təsdiqindən məmnunluğumu bildirdim. Yekun qərar verildikdən sonra bu statusun parlamentlərarası əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inamımı ifadə etdim.

Yanvarın 28-də və 29-da Oman Sultanlığına rəsmi səfər çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali,  Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili və xarici işlər naziri Bədr Al Busaidi ilə görüşlərim oldu.

Görüşlərdə Azərbaycanla Oman arasında siyasi və digər münasibətlərin yüksək səviyyədə olmasından, parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsindən məmnunluq ifadə edildi.

Azərbaycan Milli Məclisi ilə Oman Şura Məclisi arasında Anlaşma Memorandumunun imzalanması barədə də razılıq əldə edildi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulandı.

Hörmətli deputatlar, hesab edirəm ki, 3 ərəb ölkəsinə rəsmi və işgüzar səfərlər uğurlu oldu və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə mən öz dərin minnətdarlığımı bildirirəm".

Sahibə Qafarova yekun olaraq onu da dedi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti, dövlətimizin beynəlxalq fəaliyyətinə strateji baxışı Milli Məclisin həyata keçirdiyi parlament diplomatiyasının uğurunun əsas amilidir.

"Bu gün ölkəmizdə Gənclər Günü qeyd edilir. Bildiyiniz kimi, möhtərəm cənab Prezidentin sərəncamı ilə bir sıra fəaliyyət sahələrində fərqlənən gənclərin bir qrupuna Prezident mükafatları verilmişdir.

Azərbaycan gəncləri  dövlət və cəmiyyət həyatının bütün sahələrində önəmli rol oynayır, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bütün bilik və bacarıqlarını sərf edirlər. Gənclərimiz 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında tarixi qələbələrimizin əldə edilməsində müstəsna rol oynamışlar. Gənclər Günü münasibəti ilə mən bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı və uğurlar arzulayıram.

İndi isə mən yaz sessiyasında görüləcək işlər haqqında sizə qısa məlumat vermək istərdim. Əvvəla, qeyd edim ki, sessiyanın qanunvericilik işləri planı hazırlanıb və bu gün, bildiyiniz kimi, müzakirə ediləcək.

Bu sessiyada biz qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik.

Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun və gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik hesabat, məlumat və məruzələri də dinləniləcək.

Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı, parlamentin səlahiyyətləri ilə bağlı olan digər məsələlər də diqqət mərkəzində saxlanılacaq.

Hörmətli deputatlar, əminəm ki, Milli Məclisin yaz sessiyası yüksək səviyyədə keçəcək.

Sessiyada sizin hamınıza uğurlar arzulayıram", - deyə sədr çıxışını yekunlaşdırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Fevral 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri