Milli məkan standartları qəbul edilib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) yeni dövlət standartları qəbul edib.
AZSTAND-dan bildirilib ki, yeni standartlar coğrafi məlumatların toplanması, saxlanması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi, vizuallaşdırılması, kodlaşdırılması və təqdim olunması, eləcə də zamanla əlaqəli dəyişikliklərin izlənilməsi prosesləri haqqında qaydaları müəyyən edir. Bu standartların tətbiqi ilə müxtəlif qurumlar arasında məlumatların vahid texniki platforma üzərindən istifadəsi, məkan məlumatlarına şəffaf və asan çıxış, habelə rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsi imkanları genişlənəcək.
Qeyd edək ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və institut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 24 Avqust 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















