Icma.az
close
up
RU
Milli mənəvi, islami dəyərlərin qorunması naminə birlik mesajı

Milli mənəvi, islami dəyərlərin qorunması naminə birlik mesajı

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


15 sentyabr 2026-cı il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərini, TDT Baş katibini və Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq Elmi-Praktiki Konfransın iştirakçılarını qəbul edib.
Paytaxtımızda baş tutan görüş zamanı dövlət başçısı qonaqları salamlayaraq Türk ölkələri arasında qardaşlıq, birlik və həmrəyliyin artırılmasında, eləcə də sülh və ədalət kimi ali İslam dəyərlərinin cəmiyyətə çatdırılmasında Şuranın fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda, ölkəmizin regionda əməkdaşlığın genişlənməsinə, eləcə də Türk və İslam dünyasının ümumi tərəqqisinə xidmət edən bütün layihələrə daim önəm verdiyi və dəstəklədiyi diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən ölkə başçısı qeyd edib ki, nümayəndə heyətlərinin Bakı səfəri və tədbirlərdə birgə təmsil olunması həm bölgəyə, həm də bütün dünyaya olduqca mühüm və qəti mesajlar ünvanlayır. Prezident qonaqların Qarabağa səfər edəcəyini, Ağdam, Xankəndi, Xocalı və Şuşa şəhərlərində olacaqlarını bildirərək, bu səfərin onlar üçün çox əlamətdar keçəcəyinə əminliyini ifadə edib. Otuz illik işğal dövründə torpaqlarımızın viran qoyulduğunu, xalqımıza qarşı etnik təmizləmə və hərbi cinayətlər, o cümlədən qanlı Xocalı soyqırımının törədildiyini diqqətə çatdıran dövlət başçısı artıq Xocalıda Memorial Kompleksin də yaradıldığını xatırladıb. Qarabağ və Şərqi Zəngəzurda hər yerin yerlə-yeksan edildiyini, bir milyona yaxın soydaşımızın Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində yurd-yuvasından didərgin salındığını vurğulayan Prezident İlham Əliyev otuzillik danışıqların nəticəsiz qalmasının səbəbini Ermənistanın işğalçı mövqeyi və bəzi böyük dövlətlərin bu siyasəti dəstəkləyərək işğalı əbədiləşdirməyə çalışması ilə əlaqələndirib.
Tədbir çərçivəsində Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri tərəfindən imzalanmış xüsusi məktub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Təqdim olunan sənəddə dövlət başçısına Şuranın fəaliyyətinə göstərdiyi yüksək diqqət, qayğı və hərtərəfli dəstəyə görə dərin minnətdarlıq ifadə edilib. Eyni zamanda, məktubda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi olan ölkələrin müsəlman dini qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin artırılması və ümumi həmrəyliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətli əzm bir daha vurğulanıb.
Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri