Icma.az
close
up
RU
“Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün illər lazımdır” MÜSAHİBƏ

“Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün illər lazımdır” MÜSAHİBƏ

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Aydın Mədətoğlu: “Mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır”

“Hər zaman hər şeyə hazır olmalı, Qələbə “sərxoşluğu “na qapılmamalı, gənclər arasında xüsusilə də hərbi vətənpərvərlik mövzusu daim aktiv təbliğ olunmalıdır”

Hər bir dövlətin gələcəyi onun gəncliyindən asılıdır. Gənc nəslin milli mənlik şüuru, vətənpərvərlik hissləri nə qədər yüksək olarsa, dövlətimizin gələcəyidə bir o qədər parlaq olar. Məhz bu səbəbdən, son illər Azərbaycanda gəncliyin inkişafı sahəsində bir sıra dövlət proqramları həyata keçirilir, o cümlədən müxtəlif QHT-lər, ayrı-ayrı təşkilatlar bu istiqamətdə çoxsaylı lahiyələr işləyirlər. Maraqlıdır, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvər ruhda böyüməsi üçün ilk olaraq hansı addımlar atılmalıdır? Bu və ya digər suallara  türkoloq, filologiya elmləri namizədi, dosent Aydın Mədətoğlu (Qasımlı) ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Aydın bəy, sizcə Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi üçün ilk olaraq hansı addımlar atılmalıdır?

- Gənclərdə milli mənlik şüurunun inkişafı elə getməlidir ki, bu, təkcə gəncin öz şəxsi təşəbbüsündən asılı olmasın. Hər bir gənc fikirləşməlidir ki, millətin gələcəyi onun bugünkü fəaliyyətindən asılıdır.

Milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Milli mənlik şüurunun komponentlərinə: millətin adı, varlığı, dili, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti daxildir.

Unudulmamalıdır ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır.

Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənməli, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışmalıdır.

Bəllidir ki, milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır. Gənclər dərk etməlidirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşmənlərinə qarşı mübarizə aparır. Başlıca məsələ gənclərdə bu mübarizəyə inam yaratmaq olmalıdır. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gənclərimizi vəcdə gətirər, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edər.

Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilsin, bəsit hisslərdən uzaq olsunlar. Belə olduqda milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş Azərbaycan gənclərində əqidə bütövlüyü, sözlə işin tam vəhdəti özünü parlaq şəkildə təzahür etdirər.

Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə cəmiyyət özü zəmin yaratmalıdır. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır.

Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətin mənəvi durumunda nöqsan varsa, bu, istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynin ümdə arzusu ilə yanaşı, gündəlik işi olmalıdır.

Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq xalqdır. Ona görə, onun həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilməlidir. Gənclərin mədəni səviyyəsinin yüksəldilməsi, onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi üçün sistemli işlər görülməlidir. Unutmayaq ki, bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideallarına bağlıdır. Milli, dini, elmi duyğularla yetişmiş, bayrağını, torpağını, millətini, vətənini sevən gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. Gələcəyimizi qorumaq üçün gənclərimizin milli ruhda yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Gənclərimizin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmalıyıq.

Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənclərimiz sevgi ilə dolu, qayğısız, təmiz qəlbli, səbrli, özüylə və yaşadığı cəmiyyətlə barışmış olmalıdır. Təəssüflər olsun ki, bu gün gənclərimizin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdir. Gənclərimizin bu problemləri aşması üçün ilk növbədə onların MİLLİ MƏNLİK ŞÜURUNA tam yiyələnmələri və vətənpərvər olmaları xüsusilə vacibdir.

- Ümumiyyətlə, gəncliyin inkişaf mərhələsi haradan, hansı yaşdan başlamalıdır?

- Ümumiyyətlə, insanın fiziki inkişafı ana bətnindən başlayıb, müəyyən yaş həddinə qədər davam edirsə, onun mənəvi inkişafı ana bətnindən başlayıb, ömrünün sonuna qədər davam edir. Məncə, yeni dövr Türklərin, o cümlədən də Azərbaycan gəncliyinin inkişaf mərhələsi orta məktəbdə 13 yaşından başlayıb, 30 yaşında bitir.

-Övladlarımızın milli ruhda, dövlətçiliyə bağlı böyüməsi üçün İstər bağçalarda, istər də orta məktəbdə xüsusi təhsil proqramına ehtiyac varmı?

- Bəli, istər bağça yaşlarında, istər orta məktəbdə və istərsə də ali məktəblərdə övladlarımızın milli ruhda, dövlətçiliyə bağlı böyüməsi və inkişafı üçün hər yaş dövrünün özünəməxsus xüsusi təhsil proqramına və dərsliklərə ehtiyac var. Məncə, “Həyat bilgisi” dərsliyi hər yaş dövrünə uyğun hazırlanıb, bütün orta və ali məktəblərdə tədris olunmalıdır.

- Yeniyetmə və gənclər arasında zərərli vərdişlərə meyl edənlərin sayı son illərdə ciddi şəkildə artıb. Bu problemin qarşısını necə və ya hansı yollarla almaq lazımdır?

- Bəllidir ki, zərərli vərdişlərə aludəçilik həm ailə, həm də cəmiyyət üçün təhlükəlidir. Çox təəssüflər olsun ki, ölkəmizdə narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, zəhərli maddələrdən asılılıq, yeniyetmə və gənclər arasında zərərli vərdişlərə meyl edənlərin sayı son illərdə ciddi şəkildə artıb. Bu maddələr həm asılı fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyan vurur. Bundan xilas olmaq üçün cəmiyyətdə rəylər müxtəlif olsa da, ümumi yanaşmalar da var. Mütəxəssislər göstərirlər ki, bunun üçün:

- Maarifləndirici, cəzalandırıcı və sosial durumu yaxşılaşdıracaq mexanizmlər hazırlanıb həyata keçirilməli;

- İnsan həyatına olan bu təhlükənin qarşısını almaq üçün hər bir uşağa ilk növbədə ailədə, məktəbdə bu pis verdişlərin zərərli təsirləri haqqında məlumat vermək lazımdır. Zərərli vərdişlərin qarşısını almaq üçün kütləvi informasiya vasitələrində, xüsusən, televiziyalarda maarifləndirici verlişlər olmalı, televiziya serialları çəkilməlidir;

-Dövlət bu gənclərin reablitasiyası üçünn dövlət proqramı hazırlamalı və həyata keçirməlidir;

-İş yerləri açılmalıdır ki, gəclər işləsin, onların zərərli vərdişlərə vaxtları qalmasın. Sırf bu iş üçün dövlət səviyyəsində sosial çarxlar hazırlanmalıdır.

- 44 günlük Qarabağ savaşı göstərdi ki, gənclərdə vətənvərpərlik ruhunun inkişafı dövlət siyasətinin önəmli bir parçası olmalıdır. Necə düşünürsüz, gənclər arasında xüsusilə də hərbi vətənpərvərlik mövzusu daim aktiv təbliğ olunmalıdırmı?

- 44 günlük Qarabağ savaşı və qəhrəman ordumuzun qələbəsi nəinki Azərbaycanda, bütün Türk Dünyasında özünəqayıdışın simvolu oldu! Buna baxmayaraq, hər zaman hər şeyə hazır olmalı, Qələbə “sərxoşluğu “na qapılmamalı, gənclər arasında xüsusilə də hərbi vətənpərvərlik mövzusu daim aktiv təbliğ olunmalıdır.

“Hürriyyət”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see356

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see174

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see170

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see169

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see156

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see137

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see137

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see137

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see136

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see136

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see134

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see133

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see132

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see132

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see132

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see126

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see124

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see123

Mançester Siti dən ayrılacaq İtaliya klublarının transfer mübarizəsi

29 Noyabr 2025 12:52see123

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri