Icma.az
close
up
RU
Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib

Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 iyun, AZƏRTAC

Milli Olimpiya Komitəsində (MOK) 23 iyun – Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə MOK-un illər ərzində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş olunub.

Komitənin vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Olimpiya Gününün 1948-cı ildən etibarən hər il qeyd olunduğunu diqqətə çatdırıb. O, bu bayramla əlaqədar ölkəmizdə müxtəlif tədbirlərin keçirildiyini bildirib. MOK rəsmisi Azərbaycan gənclərinin idmana böyük maraq bəslədiyini və bunun davamlı olacağına inandığını söyləyib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə tədbirin məktəblilərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Azərbaycanın dünyanın idman mərkəzi hesab edildiyini qeyd edib. F.Qurbanov şagirdlər arasında idmanın təbliğatı üçün layihələr həyata keçirdiklərini və gələcəkdə də bununla bağlı planların olduğunu vurğulayıb. Nazirlik rəsmisi MOK-un təşəbbüsü ilə start verilən və ölkədə geniş vüsət alan Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) layihəsi çərçivəsində tədbirlərin uğurla gerçəkləşdiyini söyləyib.

Həmçinin tədbirdə bildirilib ki, Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Dövlətimizin başçısı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan Olimpiya Hərəkatında sürətli inkişaf başlayıb. İdmançılarımız 30 il ərzində 8 Yay və 6 Qış Olimpiya Oyunlarında iştirak edib, ümumilikdə 9 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıb.

Sonra Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) üzrə təşkil edilmiş təlimlərin yekunu barədə məlumat verilib. Azərbaycanda OVEP-in 2024-cü ildən etibarən silsilə və sistemi şəkildə tətbiq olunmağa başlandığı, statistik təhlillərə əsasən, təlimə qatılan müəllimlər arasında ən çox iştirakçının Binəqədi, Sabunçu, Xətai və Suraxanı rayonlarında qeydə alındığı diqqətə çatdırılıb.

Rəsmi çıxışlardan sonra OVEP və OCEP üzrə fəal iştirak etmiş şəxslərin təltifetmə mərasimi təşkil olunub. Onlara diplom və dəyərli hədiyyələr təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri