Icma.az
close
up
RU
Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür

Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərovanın doğum günüdür.

Oxu.Az xatırladır ki, o, 1960-cı il noyabrın 20-də Bakıda anadan olub.

1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Respublika Kliniki Uroloji Xəstəxanada işləyib. Qarabağ müharibəsi başladığı zaman öz körpəsini anasına əmanət edərək, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb.

O, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Özü ilə beş tibb bacısını götürərək könüllü döyüşə gedib.

Şuşa şəhərinin həbsxanasında olanların qapısının açılmasında onun da xidməti olub. Həbsxananın qapısı açılmasaydı, orada olanlar əsir götürüləcəkdilər.

1992-ci il mayın 8-də Şuşanın işğalından sonra şəhəri sonuncu tərk edənlərdən biri olub.

Anasına göndərdiyi məktubda yazmışdı:

"Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də, indi alınmadı…"

Şuşanın işğalından sonra Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edib.

O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayıb. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılıb. Lakin atəş səslərinin gücləndiyini eşidib. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxıb. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə, 1992-ci il 19 iyul saat 15:00-da şəhid olub.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.

Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub.

20 noyabr 1993-cü il tarixli 31 saylı fərman ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri