Icma.az
close
up
RU
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür

Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Muxtar Qasımovun şəhid olmasının ildönümüdür.

BAKU.WS xəbər verir ki, Muxtar Cahid oğlu Qasımov 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. 1975-ci ildə Ağdam şəhər 5 nömrəli orta məktəbini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Ali təhsilini 1981-ci ildə başa vurduqdan sonra yeddi il Xankəndidə həkim kimi fəaliyyət göstərib.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayandan sonra Muxtar Qasımov Ağdam Rayon Mərkəzi Xəstəxanasında çalışmağa başlayıb. O, əvvəl reanimasiya şöbəsində həkim, daha sonra isə hərbi hospitalda baş ordinator vəzifəsində xidmət edib. Yaralı hərbçilərin müalicəsində göstərdiyi peşəkarlıq sayəsində yüzlərlə əsgərin yenidən döyüş meydanına qayıtmasına töhfə verib.

1992-ci ildə Xocalı faciəsindən sonra cəbhə bölgəsində fəaliyyətini davam etdirən hərbi həkim mart ayında Ağdamda yaradılmış hərbi hospitala təyin olunub. Həmin ilin iyun ayında Naxçıvanik, Aranzəmin, Pircamal və Ağbulaq kəndləri istiqamətində gedən döyüşlərdə yaralı əsgərlərə yardım göstərib.

Muxtar Qasımov 1992-ci il iyunun 16-da Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Muxtar Cahid oğlu Qasımova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Milli Qəhrəmanın xatirəsi bu gün də ehtiramla yad edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 İyun 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri