Milli Qəhrəman Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, təqdimat mərasimi Müdafiə Nazirliyində keçirilib.
Təqdimat mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, hərbçilər, Milli Qəhrəmanın anası və qardaşı iştirak edib.
Qeyd olunub ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlığı ilə Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur və onun xatirəsi daim böyük ehtiramla anılır.
Ailə üzvləri şəhidin xatirəsinə göstərilən yüksək diqqət və dövlət qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bildirilib ki, Aprel döyüşləri Azərbaycan hərb tarixində şanlı səhifələrdən biridir və Pəncəli Teymurov kimi igidlərin fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 7-də imzaladığı Sərəncama əssən, gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 18 May 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















