Icma.az
close
up
RU
Milli Qəhrəman sağ qalsaydı...

Milli Qəhrəman sağ qalsaydı...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

...bu gün onun 63 yaşı tamam olacaqdı
19 may tarixi “Azərbaycan Hava Yolları”nın (AZAL) mərhum pilotu, Milli Qəhrəman İqor İvanoviç Kşnyakinin doğum günüdür. Azərbaycan ictimiayyəti İqor Kşnyakini 2024-cü ilin dekabrında Rusiya tərəfindən vurulandan sonra qəzaya uğrayan “Embraer 190” sərnişin təyyarəsinin kapitanı kimi tanıyıb.
Modern.az-ın məlumatına görə, İqor İvanoviç Kşnyakin 1962-ci ildə mayın 19-da Bakı şəhərində anadan olub. Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Rusiyanın Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun meteorologiya ixtisasını bitirib.

İqor Kşnyakin əmək fəaliyyətinə 1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində başlayıb.
1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Yak-40 hava gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb. 1994-cü ildə Yak-40 təyyarəsinin komandiri, 1997-ci ildə AZAL Aviasiya Şirkətinin Yak-40 hava gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 1998-ci ildə Tu-134 təyyarəsinin 2-ci pilotu vəzifəsinə təyin olunub. 2005-ci ildə An-140 hava gəmisinin kapitanı, 2008-ci ildən etibarən ATR-42/72 təyyarəsinin kapitanı vəzifəsinə yüksəlib.

2013-cü iyunun 3-dən etibarən “Embraer-170/190” təyyarəsi üzrə yenidən təlim kursunu bitirdikdən sonra həmin hava gəmisinin stajçı-pilotu vəzifəsinə keçirilib. 2013-cü dekabrın 11-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində “Embraer-170/190” hava gəmisinin kapitanı vəzifəsinə təyin edilib.

2020-ci ildə Bakıdan Moskvaya uçarkən Kşnyakinin komandiri olduğu təyyarədə olan sərnişinlərdən birinin halı pisləşib. Kşnyakin təcili eniş edib və sərnişinin həyatı xilas olunub.

İ.Kşnyakinin 15,139 saatlıq uçuş təcrübəsi var idi ki, bunun 11,180 saatı kapitan kimi həyata keçmişdi. Onun da 7009 saatdan çoxu “Embraer-190” təyyarəsində olub


2024-cü il dekabrın 25-də AZAL-a məxsus “Embraer-190” təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus Pantsir-S1 zenit raket kompleksi ilə vurulub. İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov təyyarənin idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, onu Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə doğu aparıblar. Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılıb. Təyyarənin göyərtəsində 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Qəza nəticəsində 29 nəfər sağ qalıb.
İqor Kşnyakin, təyyarənin ikinci pilotu Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva, habelə 35 sərnişin qəza zamanı həyatını itirib. 
Həlak olanlardan 25-i Azərbaycan vətəndaşıdır.

Aktauda baş vermiş dəhşətli qəzada 29 nəfərin sağ qalması məhz İqor Kşnyakinin qəhrəmanlığı sayəsində olub.
Mərhum kapitan İqor Kşnyakin, eləcə də ikinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunublar.
Azərbaycan Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Kşnyakin İqor İvanoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

İ.Kşnyakinin bir oğlu və üç qız övladı var.
Milli Qəhrəmanın hər iki qızı Azərbaycan milli gimnastika komandasının üzvləridir.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri