Milli Qəhrəmanın jurnalist oğlunun son vəziyyəti RƏSMİ
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Salatın Əsgərovanın jurnalist oğlu Ceyhun Əsgərov dünən gecə təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb.
O, sosial şəbəkələrdə status və səs yazısı paylaşaraq səhhətinin ağır olduğunu, ölüm təhlükəsi ilə üz-üzə qaldığını bildirmişdi. Bu paylaşımdan sonra səhiyyə qurumları hərəkətə keçərək onu təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Məlum olub ki, Ceyhun Əsgərov bir neçə gün ardıcıl olaraq həddindən artıq alkoqollu içki qəbul etdiyi üçün zəhərlənib.
Ceyhun Əsgərovun son vəziyyəti ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 10.03.2025-ci il tarixində saat 23:45 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 41 yaşlı şəxs (kişi cinsli) alkoqol intoksikasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Mart 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















