Milli Qəhrəmanların ailə üzvlərinə Prezident təqaüdü təyin edildi
Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilmiş şəxslərin ailə üzvlərinə Prezident təqaüdü təyin edilib.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş Əliyeva Hökümə Cəlil qızının, Kşnyakin İqor İvanoviçin, Kalyaninov Aleksandr Georgiyeviçin ailə üzvlərinə proaktiv qaydada Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 10 Yanvar 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















