Milli Qvardiya qüvvələri artıq Vaşinqtonda yerləşməyə başlayıb
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Milli Qvardiyasının qüvvələri artıq Vaşinqtonda yerləşməyə başlayıb.
“Qafqazinfo” ABŞ mediasına istinadən xəbər verir ki, Milli Qvardiyanın təqribən 800 hərbi qulluqçusu Vaşinqtonda Baş qərargaha gəlməyə başlayıblar.
“NBC News”un məlumatına görə, hərbçilər həftənin sonuna qədər tapşırıqlarının icrasına start verməlidirlər. Bildirilib ki, dünən axşam artıq şəhərin küçələrində hərbi avtomobilləri görmək mümkün olub, Milli Qvardiya üzvlərinin bir hissəsi isə polislə birgə patrula başlayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın 800 hərbi qulluqçusunun Vaşinqtona göndərilməsi ilə bağlı qərar qəbul edib. Onun sözlərinə görə, bu tədbirlərin görülməsində məqsəd ictimai-asayişi bərpa etmək və təhlükəsizliyi təmin etməkdir.
Ağ Ev rəsmiləri isə qeyd edib ki, Milli Qvardiya hərbçilərinin əsas tapşırığı federal obyektlərin qoyunması, cinayətkarların saxlanılması, eləcə də cinayət hallarının qarşısının alınması zamanı polisə kömək etməkdir. Hərbçilər sentyabrın 25-nə qədər şəhərdə qalacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Avqust 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















