Icma.az
close
up
RU
Milli Süni İntellekt Mərkəzi “DataRace.ai” platformasında ilk yarışı elan edib

Milli Süni İntellekt Mərkəzi “DataRace.ai” platformasında ilk yarışı elan edib

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

“AZCON Holding” şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) tərəfindən yaradılan “DataRace.ai” platformasında “Apar Ride” ilə əməkdaşlıq çərçivəsində ilk yarış elan olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, MSİM-in bu təşəbbüsü “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın “Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi” istiqaməti çərçivəsində həyata keçirilir və platformada ümumilikdə 10 yarışın keçirilməsi nəzərdə tutulur. Bu il iyulun 23-dək davam edəcək ilk yarış informasiya texnologiyaları, data və süni intellekt sahəsində təhsil alan, çalışan, eləcə də bu istiqamətdə bacarıqlarını real biznes problemi üzərində sınamaq istəyən hər kəs üçün açıqdır. Yarışın ümumi mükafat fondu 6000 AZN təşkil edir.

“DataRace.ai” platformasının əsas məqsədi süni intellekt və data sahəsində istedadlara real sektorun çağırışları üzərində işləmək imkanı yaratmaqdır. Platforma iştirakçılara nəzəri biliklərini praktikada sınamaq, modellərini real məlumatlar əsasında inkişaf etdirmək və texnoloji həllərini biznes ehtiyaclarına uyğun formalaşdırmaq imkanı verir.

İlk yarış “İstifadəçi rəylərinin təsnifatı” mövzusunda keçirilir. Yarış çərçivəsində iştirakçılar “Apar” platformasında istifadəçilərin gediş sonunda yazdıqları çoxdilli rəyləri avtomatik şəkildə müvafiq şöbələr üzrə yönləndirə bilən təsnifat modelləri hazırlayacaqlar. Hazırlanacaq model istifadəçi müraciətlərinin operativ təhlilinə, problemlərin daha tez müəyyənləşdirilməsinə və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcək. Eyni zamanda, “Apar”ın mikromobillik xidməti olduğunu nəzərə alaraq bu həllin şəhər nəqliyyatının daha rahat və dayanıqlı inkişafına da müsbət təsir göstərəcəyi gözlənilir.

Yarış müddətində iştirakçılar platformaya daxil olaraq öz həllərini təqdim edə, qiymətləndirmə göstəriciləri üzrə nəticələrini izləyə və modellərini təkmilləşdirə bilərlər. Yarışa qoşulmaq üçün keçid.

Yarış müddəti başa çatdıqdan sonra ən yaxşı nəticə göstərmiş iştirakçıların həlləri MSİM-in süni intellekt mühəndisləri tərəfindən nəzərdən keçiriləcək və yarış qaydalarına uyğun yoxlanılacaq. Bütün mərhələlərdən uğurla keçən ən yaxşı 3 həllin sahibi qalib elan olunacaq və qaliblər geniş ictimaiyyətə açıqlanacaq.

Mükafat fondu aşağıdakı kimidir:

1-ci yer: 3000 AZN və 1 illik “Apar” abunəliyi;

2-ci yer: 2000 AZN və 3 aylıq “Apar” abunəliyi;

3-cü yer: 1000 AZN və 3 aylıq “Apar” abunəliyi.

MSİM süni intellekt sahəsində yerli istedadların inkişafını dəstəkləyən bu kimi təşəbbüsləri davam etdirməyi, real sektorla əməkdaşlıqları genişləndirməyi və Azərbaycanda praktiki süni intellekt bacarıqlarının formalaşmasına töhfə verməyi hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 İyul 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri