Icma.az
close
up
RU
Milli Xalça Muzeyində “İqlimlər və ilmələr beynəlxalq sərgi açıldı FOTOLAR

Milli Xalça Muzeyində “İqlimlər və ilmələr beynəlxalq sərgi açıldı FOTOLAR

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisinin açılışı keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub. Sərginin açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovayanın müavini Lidiya Qrigoryeva, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Rusiya Federasiyası prezidentinin beynəlxalq əlaqələr üzrə xüsusi nümayəndəsi, “Abrau Durso” Azərbaycan şirkətlər qrupunun sahibi Boris Titov,  North Park Universitetinin professoru Nenna Okorenin kuratoru, 365 ART Qalereyasının təsisçisi Olqa Daniele çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.

 


Manset.az xəbər verir ki, “İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunur. Burada Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni və televiziya aparıcısı Natalya Boçkaryovanın, North Park Universitetinin professoru Nnenna Okorenin (Çikaqo ş.), meksikalı rəssam Pedro Sezar Peraltanın, rəssam, “YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinin təsisçisi Aida Mahmudova, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhməd, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslı, rəssamlar Məmməd Rəşidov,
Milena Nəbiyeva, Məhər Məhərrəmov, Təranə Əliyeva və Bilgəh qəsəbəsi 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdlərinin müəllifi olduğu sənət nümunələri yer alır. Bunlar şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırlanmış bir-birindən fərqli əsərlərdir.
Sərginin açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi baş tutub. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyi üzvlərinin ənənəvi toxuculuq üzrə ustad dərsi keçiriblər.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri tərəfindən rəqs ifa olunub.
Müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişmələrinə qarşı mübarizəyə, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə yönəltmək məqsədilə keçirilən sərgi noyabrın 30-dək davam edəcək.
Sərgiyə biletləri itiket.az saytınıdan əldə edə bilərsiniz.
 https://iticket.az/events/exhibitions/an-international-exhibition-climates-and-carpets1

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 16 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri