Icma.az
close
up
RU
Milli Xalça Muzeyində “Sehrli xalça” adlı yeni kolleksiyanın təqdimatı olub

Milli Xalça Muzeyində “Sehrli xalça” adlı yeni kolleksiyanın təqdimatı olub

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində Avstriyanın dünyaca məşhur zərgərlik brendi "Freywille"nin "Sehrli xalça" adlı yeni kolleksiyasının təqdimatı keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə "Sehrli xalça" kolleksiyasının yaranması haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək milli-mədəni irsimizə xüsusi rəğbət və sevgidən yaranan "Sehrli xalça" kolleksiyası və Azərbaycan zərgərlik sənəti haqqında məlumat verib. O qeyd edib ki, bu unikal kolleksiya Milli Xalça Muzeyi ilə "Freywille" brendi arasında imzalanan Anlaşma Memorandumuna əsasən milli irsimizin dünya miqyasında tanıdılması məqsədilə hazırlanıb.

"Müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən "Sehrli xalça" kolleksiyası Qarabağın məşhur xovsuz xalçası "Vərni"nin orijinal naxışlarından ilhamlanaraq yaradılıb. Xalçanın əsas özəlliyi üzərində stilizə edilmiş həndəsi əjdaha motivlərinin olmasıdır. Bu layihə üzərində altı aya yaxın proses gedib. İnanırıq ki, kolleksiya Azərbaycanda və bütün dünya miqyasında layiqincə qiymətləndiriləcək, daha geniş kütlələr arasında xalça sənətimizin tanıdılması və bu sokral bəzək elementlərinin tərəddüdsüz milli-mədəni irsimizin bir hissəsi olduğunu bir daha təsdiq edəcək", - deyə Ə.Məlikova əlavə edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov diqqətə çatdırıb ki, "Freywille" brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışları və motivlərindən istifadə edib.

"Freywille" şirkətinin rəhbəri Fridrix Ville öz videomüraciətində onların Milli Xalça Muzeyində kəşf etdikləri nümunələrin zərgərlikdə növbəti sənət əsəri yaratmaq üçün möhtəşəm ilham qaynağı olduğunu söyləyib.

Şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nigar Namazova yeni kolleksiyanı sənətkarlığın, tarix və mədəniyyətin möhtəşəm harmoniyası kimi dəyərləndirib.

Bədii hissədə tanınmış tarzən, Əməkdar artist Şəhriyar İmanov və onu müşayiət edən musiqiçilər - İlqar Əliyev (klaviş) və Şükür Əliyev (ritm alətləri) Azərbaycan və Avstriyanın musiqilərindən ibarət kompozisiya təqdim ediblər.

Həmçinin "Mirvari" rəqs ansamblı Qara Qarayevin "Yeddi gözəl" baletinin sədaları altında xoreoqrafik kompozisiya nümayiş olunub.

Sonda muzeyin Ənənəvi texnologiya şöbəsində yeni toxunan "Vərni" xalça fraqmentlərinin qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi reallaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri