Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Milli xəzinə. Azərbaycan təsviri incəsənəti kitabalbomunun təqdimat mərasimi keçirilib

Milli xəzinə. Azərbaycan təsviri incəsənəti kitabalbomunun təqdimat mərasimi keçirilib

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Milli İncəsənət Muzeyində "Milli Xəzinə. Azərbaycan Təsviri İncəsənəti" adlı kitabın və www.az-art.gallery portalının təqdimatı keçirilib.

Oxu.Az-ın məlumatına görə, kitab və portal Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında, bp şirkətinin dəstəyi ilə hazırlanıb. Təqdimat mərasimində giriş sözü söyləyən bp-nin kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı bp şirkətinin sosial layihələrə göstərdiyi dəstəyin əhəmiyyətinə toxunub.

Bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurumun fəaliyyətində sosial və mədəni layihələrə göstərdiyi dəstək barədə danışaraq, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitabın və portalın incəsənətimizin tanıdılmasında əhəmiyyətini qeyd edib.

B.Aslanbəyli Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri enerji layihələrinin operatoru olan bp şirkətinin ölkənin həyatının ən mühüm sahələrinə, o cümlədən, təhsil, yerli icmalarda imkanların yaradılması, kiçik və orta biznesin inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği, milli idmanın inkişafına öz töhfəsini verməklə Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasında iştirak etdiyini vurğulayıb. O, kitabın Azərbaycan xalqının zəngin mədəniyyəti, əsrarəngiz mədəni irsinin tədqiqi və təbliğinə yönəlmiş fəaliyyətlərə bp şirkətinin töhfəsi olduğunu deyib.

Təşəbbüslər və Layihələr Mərkəzinin rəhbəri, layihənin meneceri Ceyhun Osmanlı tarixi kökləri və ənənələri ilə qədimliyə söykənən, forma və məzmunu, estetik və emosional təsir gücü ilə çağdaş dünya incəsənətinin əsas üslub və cərəyanları ilə uyğunlaşan, ideya unikallığı və fəlsəfi düşündürücülüyü ilə diqqət çəkən əsl sənət əsərlərini özündə birləşdirən kitab və portalın yaranma tarixçəsi haqqında məlumat verib. "Biz bu yola bir sənət hekayəsi ilə başladıq", - deyən çıxışçı bildirib ki, burada toplanan əsərlərin əksəriyyəti müxtəlif fondlarından, şəxsi və digər kolleksiyalardan toplanıb və bir kitab halında çap olunub. Kitabda 206 müəllifin 463 əsərinin yer aldığını bildirən C.Osmanlı layihənin icrasına göstərilən təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü ifadə edib, eyni zamanda, kitabın materialları əsasında hazırlanmış www.az-art.gallery saytının əhəmiyyətini vurğulayıb. C.Osmanlı çıxışının sonunda Azərbaycanın Zəfər hekayəsinə toxunub, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının hər bir azərbaycanlı üçün yeni-yeni yaradıcılığının ilham mənbəyi olduğunu qeyd edərək, bunun üçün Azərbaycanın şəhidlərinə, qazilərinə ehtiramını və Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü ifadə edib.

Milli Məclisin komitə sədri Fazil Mustafa milli incəsənətimizin təbliğinin, korifey sənətkarlarımızla yanaşı, çox dəyərli əsərlər yaratmasına baxmayaraq, populyarlıq qazana bilməmiş rəssamların da yaradıcılığının geniş ictimaiyyətə təqdim olunmasının vacibliyini qeyd edib.

Kitabın ideya müəllifi və art-direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov deyib ki, kitabda və portalda əks olunan əsərlərin hər biri nadir sənət incisidir və onlar 12 000-dən artıq rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi sənət, teatr-dekorasiya əsərləri arasından seçilib.

Azərbaycanın görkəmli rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Elbəy Rzaquliyev, Tahir Salahov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, Fərhad Xəlilov, Ömər Eldarov, Natiq Əliyev, Səhlab Məmmədov, Fuad Salayev, Sakit Məmmədov və onlarla başqa məşhur rəssamlarımızla yanaşı, yaradıcılığı geniş ictimaiyyətə bir o qədər də tanış olmayan, amma son dərəcə böyük istedada malik rəssamların əsərlərinin yalnız bir qismi burada öz əksini tapıb. Q.Qasımov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Azərbaycan incəsənətinin inkişafına hərtərəfli dəstək göstərildiyini qeyd edib.

Kitabın mətnlərinin müəllifi və tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova kitabın hazırlıq mərhələsi, əsərlərin seçilməsinin elmi əsasları və prinsipləri barədə danışıb. O, eyni zamanda bildirib ki, kitabın həcm limiti nəzərə alınmaqla diqqət müəllifin kimliyinə, şəxsiyyətinə və ya təltiflərinə deyil, əsərlərin bədii əhəmiyyətlilik dərəcəsinə və ümumi dizayn konsepsiyasına uyğunluğuna yönəldilib:

"Çünki təqdim olunan kitab, bir çox cəhətdən nadir bir nəşr kimi görünür. Toplu 20-ci əsrin sonunu əhatə edən bir dövr ərzində yaradılmış əsərlər kolleksiyanın tam icmalı olan ilk nəşrdir. Müəlliflərin obyektiv yanaşmaları sayəsində burada milli rəssamlıq məktəbinin yaranması və inkişafının bütün əsas mərhələlərini əhatə edən məqamlarla, hətta tamamilə unudulmuş rəssamların adları ilə qarşılaşırıq. Zənnimcə, çoxsaylı istedadlı rəssamların adlarının reabilitasiyası bu kitabın nadir xüsusiyyətidir".

Kitabın və portalın hazırlanmasında Əməkdar rəssam İrina Eldarova dizayner, sənətşünaslar - Aytən Muradlı və Sənan Şəfizadə elmi məsləhətçi, Adil Yusif, Mirnaib Həsənov fotoqraf, Şamxal Əbilov layihə kuratoru, Aliyə Səfərova redaktor, İlahə Azməmmədova keyfiyyət nəzarətçisi, Kərim Kərimli, Elcan Orucov, Dilara Felzer tərcüməçi, Kəmalə Quluzadə koordinator, Elçin Aşurov dizayner, Sahil Balazadə proqramçı, Toğrul Rəhimli kontent meneceri qismində iştirak ediblər.

Kitabın təqdimatında opera ifaçısı - Əməkdar artist İlahə Əfəndiyeva, piano ifaçısı - Əməkdar artist Nərgiz Əliyevanın ifasında "Puccini aria Lauretta", "Kiara La spaniola", Tofiq Quliyevin "Bakı haqqında mahnı", "Qızıl üzük" mahnıları səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Dekabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see381

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see206

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see188

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri