Icma.az
close
up
RU
Millimənəvi dəyərlərimizi necə qoruyuruq?

Millimənəvi dəyərlərimizi necə qoruyuruq?

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm amil...

Uzun inkişaf yolu keçmiş dövlətçilik tariximiz, adət-ənənələrimiz Azərbaycan vətəndaşı olaraq hər birimizin milli kimliyini əks etdirir. Zəngin milli adət-ənənələrimiz, eləcə də müasir çağırışlara cavab verən elm və mədəniyyətimiz bütün soydaşlarımızın qürur mənbəyidir. Azərbaycan bu istiqamətdə dünyanın sayılıb-seçilən ölkələri arasında özünəməxsus yer tutmağı bacarıb.  Bu gün dünyada tolerantlıq, ədalət prinsiplərini üstün tutan ölkə kimi şöhrət tapan ölkəmiz bu kimi yüksək dəyərləri öz tarixinə, adət-ənənələrinə sahib çıxaraq əldə edib. Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir.

Dövlətçiliyimizin tarixi çox qədimdir...

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən folklorşünas Məhəmməd Məmmədov bildirib ki, yaşadığı coğrafiyadan asılı olmayaraq, hər bir azərbaycanlı öz tarixini, mədəniyyətini, özünün milli keçmişini, dövlətçilik ənənələrini bilməli və yaşatmalıdır. Onun sözlərinə görə, Azərbaycan tarixi türk tarixindən ayrı öyrənilə bilməz: “Tariximiz Şumerdən üzü bəri böyük bir yol keçib. Dilimizin, folklor motivlərinin bağlılığı bunu sübut edir. Azərbaycan dövlətçiliyinin tarixi əslində bununla bağlıdır. Miladdan öncə ən azı 2000 illik dövrdə Azərbaycan dövlətlərinin tarixini izləmək mümkündür. Miladdan sonra Azərbaycan ərazisində Manna, Midiya ondan əvvəl Kutilər, Lullubilər və s. olub. Qafqaz Albaniyasının da ən böyük xalqı Azərbaycan türkləri olub. Dədə Qorqud motivləri eradan əvvələ gedib çıxır. Azərbaycan qədim türk vətənidir. Bəzən deyirdilər bizim dövlətimiz 18-20-ci ildə Milli Azərbaycan Xalq Cümhuriyyəti ilə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti sadəcə dövlətçiliyimizin bir mərhələsidir. Demokratik Cümhuriyyət dövrüdür. Amma ondan əvvəl Səfəvilər, Avşarlar, Qacarlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular ayrı-ayrı zamanların Azərbaycan tarixində özünəməxsus yeri olan dövlətlərimizdir. Nadir şah Əfşarın vəfatından sonra yaranan Azərbaycan xanlıqları ərazisinə görə o qədər böyük olmasa belə, hərəsinin ayrılıqda mühüm tarixi inkişaf mərhələsi mövcuddur. Bizim dövlətçiliyimizin tarixi çox qədimdir”.

Milli dəyərlərimizə üz çevirmək yaxşı heç nə vəd etmir

Folklorşünasın sözlərinə görə, milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir: “Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olub və tarix səhnəsindən birdəfəlik siliniblər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bəs milli dəyərlər deyəndə nə başa düşülməlidir? Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki bura bizim yaddaşımız - fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir”.

Milli mənliyimizi qorumaq vacib şərtlərdəndir

M.Məmmədov qeyd edib ki, bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır: “Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə yad edilən nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş edib.

Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri