Millimiz Asiya Açıq Turnirini 14 medalla başa vurub
Icma.az, Apasport saytına istinadən bildirir.
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Südabə Ağayeva (-70 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Madina Kaisinova (+78 kq) turniri gümüş medalla başa vurub.
Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi -100 kq), Sübhan Axundov (+100 kq) və Alina Kuqayeva (-70 kq) isə bürünc medala yiyələniblər.
Xatırladaq ki, yarışın ilk günündə Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Fəridə Mirzəyeva (-52 kq) və Ülviyyə Bayramova (-57 kq) gümüş, Rəşad Yelkiyev (-66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi -73 kq) və Gülnarə Bayramova (-57 kq) isə bürünc medal əldə etmişdilər.
Beləliklə, Azərbaycan cüdoçuları iki gün davam edən Asiya Açıq Turnirini 1 qızıl, 5 gümüş və 8 bürünc olmaqla ümumilikdə 14 medalla tamamlayıblar.
Kənan Nəsibov bürünc medal qazanıb - YENİLƏNİB Azərbaycan cüdo nümayəndələri beynəlxalq səviyyədə təltif olundular Dünya çempionatı: Camal Qamzatxanov yarımfinalda məğlub oldu Madina Kaisinova mundialla erkən vidalaşdı Dünya çempionatı: 4 cüdoçumuz tatamiyə çıxacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Oktyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















