Millimiz Edelveys ə 81 top fərqilə qalib gəlib
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Qazaxıstanın Atrau şəhərində basketbol üzrə "Airom Cup" beynəlxalq turnirinə start verilib.
İdman.biz xəbər verir ki, Azərbaycanı yarışda Polad Həsənovun rəhbərlik etdiyi 14 yaşa qədər oğlanlardan ibarət milli komanda təmsil edir.
Turnirdə yığmamızla yanaşı, Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Qırğızıstanın "Edelveys", Rusiyanın "Devon" və "Axtuba" klub komandaları da mübarizə aparırlar.
Basketbolçularımız ilk oyunda "Edelveys"lə qarşılaşıb və 94:13 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, iyunun 22-dək davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.
İdman.biz
Baxış sayı:67
Bu xəbər 19 İyun 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















