Millimiz EEVZA çempionatında iştirak edəcək
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
"Report" xəbər verir ki, noyabrın 20-23-də Polşada keçiriləcək çempionatda ev sahibləri ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva və Estoniya mübarizə aparacaq.
B qrupunda yer alan millimizin rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.
Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Millimiz EEVZA çempionatında mübarizəni başa vurub
30 Noyabr 2024 15:51
Azərbaycan millisi EEVZA çempionatında iştirak edəcək
21 Noyabr 2024 11:54
Oğlanlardan ibarət yığmamız EEVZA çempionatında iştirak edəcək
21 Noyabr 2024 16:24
Azərbaycanın oğlanlardan ibarət yığması EEVZA çempionatında iştirak edəcək
21 Noyabr 2024 11:39
Kəmalə Əsgərova EEVZA çempionatında hakimlik edəcək
20 Noyabr 2024 09:57

