Icma.az
close
up
RU
Millimiz Fransadan bunun əvəzini çıxacaq KONKRET

Millimiz Fransadan bunun əvəzini çıxacaq KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Futbolçularımız 0:10 hesablı məğlubiyyətin əvəzini çıxacaqlar. Biz Fransanı hansısa ildə udacağıq.

KONKRET.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının sabiq məşqçisi Ağasəlim Mircavadov deyib.

Veteran futbolçu yığmanın 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransaya rəqib olmasına münasibət bildirib:

“Əvvəl-axır kiminləsə düşəcəkdik. Ümumiyyətlə, bu tsikldə bir “ana komanda” olmalı idi ki, o da Fransa oldu. O olmayacaqdı, Xorvatiya düşəcəkdi, fərqi yoxdur. Qayda belədir ki, qrupda 4 və ya 5 komandadan biri top-klub olur. Ona uyğun hərəkət edirsən. Məlumdur ki, qrupda yer tutmaq istəyirsənsə, aşağıdakı komandalarla oyunlarda xal qazanmalısan. Amma öndəkinə güc gəlməlisən ki, ən azı heç-heçə edəsən. Fransa dünya və Avropa çempionudur. Oyunlarına baxdım, indiki Fransanın oyunçuları həddindən artıq hərəkətli, əvvəlki illərdən də dinamikdirlər. Uduzma təhlükəsi, keçmiş oyun haqqında heç düşünmək lazım deyil. Ancaq öz yığmamız və onun inkişafını fikirləşməliyik”.

Mircavadov yığmanın onun rəhbərliyi altında 1995-ci il sentyabrın 6-da Fransanın Oser şəhərində 0:10 hesabı ilə məğlub olmasından da söz açıb:

“Fransanın adına görə uduzacağıqsa, heç meydana çıxmaq lazım deyil. Xahiş edirəm, həmin oyunun video-görüntülərini tapın, baxın. 4 dəfə yüzfaizlik qol vəziyyəti yaratmışdıq. Çox qəribə haldır ki, 25-30 metrdən, yəni, hardan vururdularsa, top qapımıza daxil olurdu. Olur belə hallar, hadisədir. Lakin biz bunu fikirləşməliyik ki, öz oyunumuzu necə təkminləşdirsək və necə oynasaq, nəticə qazana bilərik”.

Sabiq baş məşqçi qarşılaşmadan sonra ondan “Oyuna qapıçısız getmişdiniz?”, – deyə soruşulduğuna dair söz-söhbətlərə isə belə cavab verib:

“Sizcə, məndən belə bir şey soruşula bilər? Bu cür söhbətləri çayxnalarda, lap açıq desək, bazarlarda edirlər. Niyə mənim uğurlarımdan heç kim yazmır? Çünki sərf etmir. Hamı istəyir ki, hay-küy salsın”.

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasının 1/4 final oyununda Xorvatiyanı iki oyunun nəticəsində (2:0, 0:2, penaltilərlə – 5:4) üstələməyi bacarıb. DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi Fransa, Ukrayna və İslandiya ilə birlikdə D qrupunda yer alacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Mart 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri