Icma.az
close
up
RU
Millimiz İslandiyanı məğlub edə biləcək? ŞƏRH

Millimiz İslandiyanı məğlub edə biləcək? ŞƏRH

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Azərbaycan millisi bu gün 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində doğma meydanda İslandiya yığması ilə qarşılaşacaq. Səfərdə keçirilən ilk oyunda komandamız İslandiya seçməsinə 0:5 hesabı ilə məğlub olmuşdu. Bəs görəsən, bu gün millimiz həmin məğlubiyyəti azarkeşlərə unutdurmağı bacaracaq?

Futbol eksperti Natiq Muxtarlı Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan millisindən İslandiya ilə oyunda sadəcə əzmkar mübarizə gözləmək lazımdır.

Onun sözlərinə görə, yalnız əzmkar mübarizə sayəsində nəyəsə nail olmaq mümkündür. Baxmayaraq ki, İslandiya Avropada ortababdan da aşağı millilərdən hesab olunur:

“Amma təəssüf ki, Azərbaycan yığması Avropanın ən zəiflərindədir, ona görə də İslandiya ilə qarşılaşmada da nəyəsə ümid bəsləmək olmur. Bütün hallarda millimizin itiriləsi heç nəyi yoxdur, sadəcə meydana çıxıb əzmlə mübarizə aparmaq lazımdır. Amma etiraf edək ki, Azərbaycan yığmasının nəticə qazanacaq potensialı yoxdur. Bunun üçün bizə illər lazımdır”.

N.Muxtarlı dünən U-19 yığmamızın Çexiyaya 1:6 hesabı ilə məğlub olmasını da xatırladıb:

“4-5 ildən sonra o uşaqlar əsas millidə olacaq. Onlardan hansı nəticə gözləmək olar? Heç bir nəticə olmayacaq. Millidən nəticə gözləmək üçün yeni nəsil futbolçular yetişdirilməlidir, bunun üçün əvvəlcə infrastruktur qurulmalı, kadr potensialı olmalıdır. Hələ ki bunlar yoxdur, yəni biz hələ futbolçu yetişdirməyə başlamamışıq. Deməli, yaxın 10-15 ildə millidən heç bir nəticə gözləməyə dəyməz. Gələcək 10-15 ildə də Azərbaycan millisi autsayder olacaq, ara-sıra hansısa komandadan xal alacaq”.

Ekspertin fikrincə, İslandiya ilə oyunda futbolçuların əzmkarlığı, müdafiədə buraxılacaq səhvlərin azlığı, ələ düşəcək imkanların maksimum reallaşdırılması sayəsində xal əldə etmək olar. İslandiya Fransa deyil, heç Ukrayna da deyil:

“Amma reallıq odur ki, Azərbaycan yığması çox zəifdir. Ona görə də millidən nəticə tələb etməyə dəyməz. Sadəcə mübarizə aparmalıdırlar ki, məğlub olanda azarkeşlər “heç olmasa mübarizə apardılar” deyib təsəlli tapsınlar. Acınacaqlıdır, amma faktdır, bizim milli ilə bağlı təsəllimiz yalnız bundan ibarətdir: uduzsalar da, vuruşdular”.

Qeyd edək ki, oyun saat 21:00-da "Palms Sports Arena"da (8-ci km stadionu) start götürəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Noyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see363

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see270

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see269

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see267

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see261

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see258

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see257

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see252

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see248

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see248

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see248

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see243

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see237

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see235

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see234

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see226

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see224

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see214

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see196

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri