Icma.az
close
up
RU
“Millimiz yaxşı qurtardı, hesab 12:0 da ola bilərdi...”

“Millimiz yaxşı qurtardı, hesab 12:0 da ola bilərdi...”

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi ötən gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə böyük hesabla məğlub olub. 6:0-lıq məğlubiyyət ictimaiyyətdə hiddət doğurub.

Əvvəl belə bir fikir var idi ki, Azərbaycan yığmasının məğlubiyyəti məşqçinin səriştəsizliyindən qaynaqlanır. Lakin dünənki oyun Azərbaycan yığmasının yeni baş məşqçisi Fernandu Santuşun zamanında baş tutdu.

Nəticə nədən xəbər verir?

Globalinfo.az-a danışan idman eksperti Fuad Eldarov deyib ki, oyundan əvvəl əhali arasında sorğu keçirsəydik, futbolu bilən balaca uşaqlar belə İsveçin Azərbaycanla oyunda böyükhesablı qələbə qazanacağını deyərdi:

Fuad Eldarov

“İllərdir davam edən uğursuzluq azarkeşləri artıq ruhdan salıb, inam hissini azaldıb. Oyunda dəyərləndiriləsi və tənqid olunası çox şey var. Hələ hesabın 6:0 olması sözün əsl mənasında yaxşı nəticədir. Bu hesab 12:0 da ola bilərdi. Rəqib bir penalti qaçırdı, bir qolu hakim VAR’dan gələn qərara əsasən ləğv etdi, 4-5 epizodda qapıçımız Rza yaxşı qurtarışla topun qapıya getməsini əngəllədi. İllər sonra antirekordu təzələyə də bilərdik. Hələ yaxşı qurtarmışıq.

Baş məşqçiyə gəldikdə, portuqaliyalı Fernandu Santuş indiyə qədər necə deyərlər “nə yatdı ki, nə də yuxu görsün?” Mətbuat konfransında günahın onda olduğunu bildirdi, amma onda günah görmürəm. Oturub yada salsaq Santuşdan əvvəl vəziyyətimiz nə idi ki? Sinyor De Byazinin “möhtəşəm” açıqlamaları, start “11-lik”ləri, oyun vaxtı ağılasığmaz rotasiyaları ilə əsəblərimiz tar-mar olurdu. Milli komandamız çox təəssüf ki, UEFA Millətlər Liqasında D divizionuna düşdü. Növbəti ildən turnirin ən alt səviyyəli divizionunda yarışacağıq. Adama təsir edir həqiqətən. Orda hansısa bizdən də zəif komandaya qalib gəlməyimizi isə heç kim uğur kimi qəbul edib, sinə gərib “bacardıq” deməsin”.

Sözügedən oyuna xalq şairi Sabir Rüstəmxanlı da öz Feysbuk hesabında münasibət bildirib:

Sabir Rüstəmxanlı

“Məncə Azərbaycanın milli futbol komandası heç bir uluslararası yarışa buraxılmamalıdır. Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn, Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar…”

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri