Millimizdə debüt edən futbolçu: İstər istəməz məğlub olduq”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
"Futbolda hər cür nəticə olur".
İdman.biz xəbər verir ki, bunu sportnet.az açıqlamasında Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə Haiti yığmasına 0:3 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra deyib.
24 yaşlı yarımmüdafiəçi meydana qələbə qazanmaq üçün çıxdıqlarını bildirib: “Təəssüflər olsun ki, məğlub olduq və azarkeşləri sevindirə bilmədik. Növbəti oyunlarda ölkənin adını daha layiqli şəkildə təmsil etmək üçün qələbələr qazanmağa çalışacağıq”.
“Sumqayıt” klubunun üzvü yığma komandada debüt oyununun doğma şəhərində keçirməsini də şərh edib: “Milli üçün harada oynamağın fərqi yoxdur, əsas qələbə qazanmaqdır. Debüt oyunumun Sumqayıtda olması xatirə olaraq yaxşıdır”.
O, komanda yoldaşlarının təlim-məşq toplanışında yüksək əhval-ruhiyyədə olduqlarını vurğulayıb: “Kiçiyindən böyüyünə, təcrübəlisindən mənim kimi debüt edənlərə qədər hamı milli komandada çıxış etməyin yükünü bilir. Heç kim meydana məğlub olmaq üçün çıxmır. İstər-istəməz məğlub olduq”.
Millinin debütantı martın 25-də Belarusla keçirəcəkləri yoldaşlıq oyunu barədə də danışıb: “Haiti ilə oyunu yaddan çıxarmalıyıq. Meydanda baş məşqçi Fernandu Santuşun tapşırıqlarını yerinə yetirməyə çalışacağıq”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 23 Mart 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















