Millimizdə oynayan futbolçunun qardaşı Liverpula keçə bilər
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Benfika"nın futbolçusu Orkun Kökcü karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" türk yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Liverpul"un baş məşqçisi Arne Slot "Feyenoord"da birlikdə çalışdığı 23 yaşlı orta xətt oyunçusunu yanına aparmağa çalışır. Portuqaliya klubu futbolçusu üçün 80 milyon avro tələb edir.
"Benfika" Orkun Kökcünü ötən ilin yayında "Feyenoord"dan 25 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Orkun Kökcü Azərbaycan yığma komandasında çıxış edən Ozan Can Kökcünün qardaşıdır.
saytlarin hazirlanmasi
Baxış sayı:65
Bu xəbər 18 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















