Millimizə 4 qol vuran rəqibin baş məşqçisi: “Daha 34 qol da vura bilərdik” İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Son günlərdə yağan yağışlar səbəbindən yaxşı olmayan ot örtüyündə oynadıq. Xoşbəxtlikdən bu çətin şərtlərə daha yaxşı uyğunlaşdıq”.
İdman.biz xəbər verir ki, bunu Macarıstanın U-17 yığmasının baş məşqçisi Nemet Antal deyib.
Mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan millisi ilə oyununu dəyərləndirib: “Biz ilk 20 dəqiqəni çox yaxşı keçirdik. Hesabı erkən qolla açdıq, ikinci qol isə komandanı arxayınlaşdırdı. Mən təkcə nəticə deyil, oyundan da razı qaldım. Biz bütün görüş boyu matçın axarına nəzarət edirdik. Dörd topdan başqa daha 3-4 qol vura bilərdik, amma əlverişli imkanları qaçırdıq. Bu qələbə komandaya digər iki qarşılaşma üçün özünəinam verə bilər. Biz qarşıda iki çox güclü rəqiblə üz-üzə gələcəyik”.
Qeyd edək ki, millimiz Macarıstana 0:4 hesabı ilə uduzub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 14 Noyabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















