Icma.az
close
up
RU
Millimizin baş məşqçisi: Avropa çempionu olan vaxtı da ilk matçda rumınlara uduzmuşduq

Millimizin baş məşqçisi: Avropa çempionu olan vaxtı da ilk matçda rumınlara uduzmuşduq

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Bakıda 32 milli komandanın 8 qrupa bölünərək mübarizə aparacağı minifutbol üzrə dünya çempionatına start verilib. Azərbaycan millisi A qrupunda ilk oyununu Bəhreyn komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Sportal.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:

"Mən demişdim də, birinci oyun çox çətindir. Evdə oynayırdıq. İlk matç çətin oldu. Meydança amili də var idi. Rəqiblər də bizə qarşı güclü hazırlaşırlar. Artıq bu oyun geridə qaldı. Növbəti oyunlara baxacağıq. Uğurlu nəticə qazanaraq qrupda birinci çıxmaq istəyirik. 

- İlk oyunun belə çətin keçməsi komandaya müsbət təsir edə bilər ki, rəqiblər bizə qarşı çox ciddi hazırlaşır? 

- Doğrudur. Avropa çempionu olan vaxtı da ilk matçda rumınlara uduzmuşduq. Sonradan yığışıb daha yaxşı oynadıq. Deməzdim ki, Bəhreynə qarşı pis oynadıq. Yaxşı oynadıq, epiozodlarımız oldu. Öz səhvimizdən qol buraxdıq. Vaxtımız var. İşləyəcəyik. Daha yaxşı hazırlaşıb, qələbə qazanmaq istəyirik.

- Ramiz Çovdarovun milliyə dəvət edilməsi bir çoxları üçün sürpriz oldu. Çünkü sonuncu dəfə bir il əvvəl "Zirə"nin heyətində görünmüşdü... 

- Ramiz Almaniyada yaşayır, orada oynayır. Bizə lazımlı oyunçudur, solaxay futbolçudur. İnanıram ki, özünü yaxşı tərəfdən göstərəcək.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 May 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri