Millimizin baş məşqçisi: İrlandiya ilə oyunda çox zəif təsir bağışladıq
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hücumda və müdafiədə çox zəif təsir bağışladıq. Sport24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət basketbol millisinin baş məşqçisi Tahir Baxşıyev səfərdə İrlandiyaya 67:91 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis matçın çətin keçdiyini söyləyib:
"Bunu əvvəldən də bilirdik. Üç xallıq atışlarımız çox zəif oldu. Görüşün əvvəlindən hesab arasındakı fərq böyüdü, sonra geridönüş etmək çətin oldu. 3-4-cü period əvvəlki ikisindən fərqli idi. Oyuna çox zəif başlamışdıq. Sonradan durumu bir az düzəldə bildik, amma artıq gec idi, çatdıra bilmədik".
Baxşıyev Amil Həmzəyevin də zədə səbəbindən çox oynaya bilmədiyini və İsveçrə ilə növbəti görüşə hazırlaşacaqlarını bildirib.
Qeyd edək ki, noyabrın 24-də Bakıda təşkil olunacaq Azərbaycan - İsveçrə qarşılaşması saat 14:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 22 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















