Icma.az
close
up
RU
Millimizin baş məşqçisinə cinayət işi açılıb Gömrük Komitəsini ittiham etdi

Millimizin baş məşqçisinə cinayət işi açılıb Gömrük Komitəsini ittiham etdi

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Kunq-Fu Federasiyasının peşəkarlardan ibarət yığma komandasının baş məşqçisi Nəriman Cavadzadəyə cinayət işi açılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1990-cı ildə Ağsu şəhərində anadan olmuş Nəriman Cavadzadə barəsində iltizam növündə qətimkan tədbiri seçilib. Onun Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, Nəriman Cavadzadə Əbu Dabi-Bakı aviareysi ilə Azərbaycana gəldiyi zaman çamadanına keçirilmiş gömrük baxışı zamanı 1640 manat dəyərində siqaret və elektron siqaretlər aşkarlanıb. 


Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Nəriman Cavadzadə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, idmançıdır və yığma komandanın baş məşqçisi işləyir. Üzərində 5 ədəd telefon və bir çanta olub. Əşyaları da çantanın içərisinə yerləşdirib. O, 2018-ci ildən gömrük orqanlarında xidmətə başladığını, 2024-cü ilin yanvar ayında öz ərizəsi ilə vəzifədən azad olunduğunu deyib. İdmançı gömrük orqanlarında sonuncu dəfə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində inzibatçı vəzifəsində çalışıb. Onun fikrincə, bu ittiham ona qarşı qərəzin nəticəsidir. 


Məhkəmənin qərarı ilə baş məşqçi bir il müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların satış fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 2000 manat cərimə edilib. Çamadanında aşkar edilən 50 qutu "Vozol Vista 20000” markalı elektron siqaret və 18 qutu "Parliament platinum” markalı siqaret dövlət nəfinə müsadirə olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. 

Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri