Icma.az
close
up
RU
Millimizin futbolçusu: Daha üstün komandada çıxış etmək istərdim MÜSAHİBƏ

Millimizin futbolçusu: Daha üstün komandada çıxış etmək istərdim MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin və Bolqarıstanın “Arda” klubunun futbolçusu Cəlal Hüseynovun Teleqraf-a müsahibəsi

- UEFA Konfran Liqasında mərhələ adladınız. Təəssüratlarınız necədir?

- Azərbaycanlı futbolçu olaraq, başqa bir ölkə klubunda avrokuboklarda mərhələ adlamaq çox gözəl hissdir. HİK çox təcrübəli idi. Daim avrokuboklarda çıxış edirlər, yüksək səviyyəli futbolçuları var, artıq bu turnirə alışıblar. Amma ilk oyunda da göstərmişdik ki, bu rəqibə qalib gələ bilərik. Evdə də qolsuz başa çatan görüşdə qələbəyə yaxın idik. Səfərə də, nə olursa-olsun, qələbə üçün getmişdik.

- Oyun penaltilərə qədər davam etdi. Əvvəlcədən fiziki və psixoloji olaraq buna hazır idiniz?

- Əvvəlcə biz hesabda önə keçdik. Sonradan rəqib hesabı öz xeyrinə dəyişdi. Buna baxmayaraq, hücumlarımızla nəticəni bərabərləşdirdik. Oyunu əsas vaxtda da bitirə bilərdik, lakin alınmadı. Uzatmalarda da hər iki tərəf mərhələ keçmək istəyirdi. Sonda penalti seriyasını bizim komanda daha dəqiq yerinə yetirdi. Çox sevincliyəm. Bütün komanda yoldaşlarıma “çox sağ ol” demək istəyirəm.

- 120 dəqiqə meydanda oldunuz. Öz performansınızı necə dəyərləndirirsiniz?

- Artıq “Arda”da ikinci mövsümümdür. İlk ilimdə də həmişə əsas heyətdə oynayırdım. İlk başlarda 10 oyunda start heyətdə olsam da, sonralar oynamamağa başladım. Qış fasiləsində 6 ay müddətə Azərbaycana gəlib icarə əsasında “Şamaxı”da çıxış edib qayıtdıqdan sonra həm çempionat, həm də avrokubok görüşlərində oynayıram. Belə demək olarsa, formadayam. Komandamın əsas heyət üzvü olaraq oyundan-oyuna özümü daha inamlı hiss edirəm. İnanıram ki, belə də davam edəcək.

- Bəs 4:3 hesabı ilə “Arda”nın xeyrinə başa çatan penaltilər seriyasında sizə niyə şans verilmədi?

- Mən “Şamaxı”da icarədə olarkən, "Arda"da avrokuboklara vəsiqə uğrunda keçid oyununda penaltiləri kimlər uğurla yerinə yetirmişdisə, baş məşqçi Aleksandr Tunçev yenidən onlara şans verdi. Hətta Tunçevə yaxınlaşıb dedim ki, özümü hazır hiss edirəm. Onsuz da penalti vurmağı sevir və düzgün yerinə yetirə bilirəm. Sadəcə bu, onun qərarı idi. Əsası odur ki, komanda qalib gəldi və növbəti mərhələyə yüksəldi. Kimin vurmasının heç bir fərqi yoxdur.

- Baş məşqçi qərarını necə əsaslandırdı?

- Öz fikrində elə idi. Sadəcə 1-ci, 3-cü və 5-ci penaltilərdə bir az tərəddüdü vardı. Mən də yaxınlaşıb dedim ki, vurmaq istəyirəm. Amma qərarı başqa futbolçudan yana verdi. Problem yoxdur.

- “Arda” növbəti mərhələdə Litvanın “Kauno Jalgiris” klubu ilə qarşılaşacaq. Bu rəqibi də üstələyib pley-offa vəsiqə qazana biləcəyinizə inanırsınız?

- Ondan öncə səfərdə "Botev"ə qarşı çempionat oyunumuz olacaq. Liqada da yerimizi möhkəmləndirməliyik. Hələlik bir məğlubiyyət, bir heç-heçəmiz var. Hazırda fikrimiz çempionatdadır. Bu oyunu başa vurduqdən sonra “Kauno Jalgiris”lə oyunu düşünməyə başlayacağıq.

- “Neftçi”nin sabiq futbolçusu Andre Şinyaşiki komanda yoldaşınızdır. Azərbaycanda oynayarkən tanışlığınız vardımı, sizdən nə isə soruşmuşdu?

- Öncədən heç bir ünsiyyətimiz yox idi. Qışda mən komandaya gələrkən o da transfer olunmuşdu. Yəni komanda yoldaşı olaraq səmimiyyətimiz yarandı. Arada Azərbaycanla bağlı ümumi danışırıq.

- Azərbaycandan getdikdən sonra təklifləriniz oldumu?

- Bəli, bir neçə klub dəvət göndərmişdi. Adları açıqlaya bilmərəm. Sadəcə, qayıtmaq fikrim yox idi. Yəni, Bolqarıstanda “Arda” ilə davam etməyi düşünürdüm.

- Başqa ölkələrdən təklifləriniz oldu?

- Açığı, təklifim olmayıb. Transfer pəncərəsi hələ də davam edir. Yaxşı təklif olarsa, baxaram. Daha üstün klubda çıxış etmək istərdim. Onsuz da bunun üçün çalışıram.

- Adətən azərbaycanlı futbolçular legioner həyatı yaşayərkən xaricdə dil problemi yaşayır. Siz ingilis dilini bilirsiniz. Bolqarıstana uyğunlaşmaqda hər hansı çətinlik yaşamadınız?

- Xeyr, heç bir çətinlik yaşamadım. Bolqar dilində də danışıram. Hər şey rahatdır. Gəldikdən bir qədər sonra öyrəndim. Təxminən 6 ay sonra artıq bolqarca danışa bilirdim.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri