Icma.az
close
up
RU
Millimizin Haitiyə məğlub olmasının səbəbi: Kabinetdə oturub...

Millimizin Haitiyə məğlub olmasının səbəbi: Kabinetdə oturub...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub. Millinin məğlubiyyəti sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Belə ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub. Kimisi milli komandanın onsuz da zəif performans göstərdiyini bildirir, kimisi də qarşı tərəfin daha güclü olduğunu vurğulayır.

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, Azərbaycan yığmasının Haitiyə məğlub olmasında təəccüblü heç nə yoxdur.

O, bu məğlubiyyətə görə qəzəblənənləri anlamadığını qeyd edib:

“Azərbaycan yığması dünyanın ən zəiflərindəndir. Azərbaycanı istənilən ölkə məğlub edə bilər və etməlidir. Bu, reallıqdır. Mövcud reallığı qəbul etmək lazımdır, qəzəblənmək yox.

Haiti bir daha bizi başa saldı ki, Azərbaycanda futbol yoxdur, bu ölkədə futbolçu yetişdirilmir. Deməli, Azərbaycan yığmasının problemi məşqçilərdə deyil. İllərdir ki, AFFA rəhbərliyi bir əcnəbi məşqçini göndərir, digərini gətirir. Amma heç nə dəyişmir. Niyə? Ona görə ki, əsas problem həll edilmir”.

Jurnalist Azərbaycanda futbolçu yetişdirilmədiyini vurğulayıb:

“Bunun üçün infrastruktur qurulmalı, kadr potensialı toplanmalıdır. Sənin uşaq futbolun yoxdursa, deməli, yığman da yoxdur. Bu reallığı AFFA rəhbərliyi heç vaxt qəbul etməyib. Azərbaycan futboluna daim qeyri-peşəkarlar rəhbərlik edib. Onların da əsas işi pul “yumaq” olub.

AFFA-da rəhbərlik dəyişəndə, insanlarda inam yarandı ki, yeni gələnlər sələflərinin səhvlərini təkrarlamayacqlar. Amma Rövşən Nəcəf də milliyə əcnəbi məşqçi gətirdi. Kimsə ona dedi ki, Santuş cadugərdir, futbolçu olmayanları futbolçu etmək bacarığına sahibdir.

Natiq Muxtarlı

Amma məlum oldu ki, Santuş cadugər deyil. Rövşən Nəcəf bir ildir AFFA prezidentidir. Nə iş görüb? 4 milyon avroya kağız üzərində bərli-bəzəkli “strategiya” yazdırıb. Onu da əcnəbilərə yazdırıblar. Ölkədən xeyli valyuta çıxarıblar.

Rövşən Nəcəf bir ildə bircə rayona, qəsəbəyə, kəndə səfər edib, bölgələrdə futbolun durumu, infrastrukturu ilə maraqlanıb? Yox. Kabinetdə oturmaqla futbolu inkişaf etdirmək olmaz. Bizim futbolumuzun bəlası idarəçiliklə bağlıdır. Azərbaycan Haitiyə məhz buna görə məğlub oldu”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Mart 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri