Millimizin hazırlıq planı bilindi
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Millimizin hazırlıq planı bəlli olub.
Fanat.Az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmamız Millətlər Liqasında mövsümün son iki oyununa hazırlığa noyabrın 11-də start verəcək. Millimiz həmin gün toplaşacaq və Qəbələdə hazırlıq keçəcək.
Estoniya ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq.
Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan millisi C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveçlə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 08 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















