Millimizin kabusu: 7 oyunda 7 məğlubiyyət İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycan millisi yoldaşlıq oyununda Macarıstanla qarşılaşacaq.
İdman.biz xəbər verir ki, bu yığma komandamızın tarixində ən amansız rəqiblərdən biridir.
Millimiz indiyədək keçirdiyi bütün oyunlarda Macarıstana uduzub. Komandalar 7 dəfə üz-üzə gəliblər.
Bunlardan altısı seçmə mərhələ, biri yoldaşlıq oyunu olub. 7 qələbə qazanan macarıstanlılar top fərqində də böyük üstünlüyə malikdir – 19-2.
Yığmamız üç dəfə böyük hesabla uduzub. Üç matçda isə top fərqi iki olub. Yalnız son görüşdə millimiz minimal fərqə üzülüb.
DÇ-1998-in seçmə mərhələsi
10 noyabr 1996. Bakı. Azərbaycan – Macarıstan - 0:3
10 sentyabr 1997. Budapeşt. Macarıstan – Azərbaycan - 3:1
AVRO-2000-in seçmə mərhələsi
10 oktyabr 1998. Bakı. Azərbaycan – Macarıstan - 0:4
8 sentyabr 1999. Budapeşt. Macarıstan – Azərbaycan - 3:0
Yoldaşlıq oyunu
9 fevral. Dubay. Azərbaycan - Macarıstan - 0:2
AVRO-2020-nin seçmə mərhələsi
8 iyun 2019. Bakı. Azərbaycan - Macarıstan - 1:3
13 oktyabr 2019. Budapeşt. Macarıstan - Azərbaycan - 1:0
Qeyd edək ki, millimiz Macarıstanla iyunun 10-da üz-üzə gələcək.
Vüqar Xeyrullayev
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 Yanvar 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















