Millimizin kapitanı zədələnib Uzun müddət oynamayacaq
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Azərbaycan U-21 milli komandasının heyətində ciddi itki baş verib.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, kapitan Ayxan Süleymanlı sıradan çıxıb.
"Sumqayıt"ın müdafiəçisi Avro-2027-nin seçmə mərhələsinin 2-ci turunun Bakıda Bolqarıstanla keçirilən matçında (1:1) zədələnib.
21 yaşlı futbolçunun ilk hissənin son dəqiqələrində dizinin çarpaz bağları qopub. Ayxanın zədəsi ciddidir. Gənc sol cinah müdafiəçisi əməliyyat olunacaq. Futbolçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Ayxan Süleymanlı 2023-cü ilin yayında "Zirə"dən "Sumqayıt"a keçib. O, cari mövsümdə "kimyaçılar"ın heyətində Premyer Liqada 3 matçda meydana çıxıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Kolaşinats uzun müddət oynamayacaq
14 Aprel 2025 20:41
Abbas Hüseynov uzun müddət oynamayacaq
08 Fevral 2025 20:13
Qalatasarayda şok itki: Uzun müddət oynamayacaq
08 Noyabr 2024 14:57
Tottenhemdə ciddi itki: uzun müddət oynamayacaq
26 Noyabr 2024 18:53
Arsenalda şok itki: uzun müddət oynamayacaq
23 Dekabr 2024 20:28
Baxış sayı:40
Bu xəbər 11 Sentyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















