Icma.az
close
up
RU
Millimizin nəticələrindən razıyıq

Millimizin nəticələrindən razıyıq

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Millimizin nəticələrindən razıyıq"

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycan boks millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış ilə yadda qaldı. 

Belə ki, yığmamız yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub. Bu medallardan 3-nü kişi, 3-nü isə qadın boksçularımız əldə ediblər.

Komandamızın heyətində Səidcəmşid Cəfərov (80 kq) çempion tituluna yiyələnib. Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib. Həmçinin Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) bürünc mükafat qazanıblar.

Bugünkü həmsöhbətimiz isə boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayevdir.

O, əvvəlcə kişi boksçularımızın mübarizəsindən danışıb: "İslamiadada üç nəfər kişi, dörd nəfər isə qadın boksçumuz iştirak edirdi. Əvvəlcə kişi boksçularımızdan danışaq. Pis döyüşmədilər. İki finalçımız var idi. Bilirsiniz ki, Məhəmmədəli Qasımzadə zədəli olduğuna görə final döyüşünə çıxmadı. Döyüşsəydi, o da qızıl medal qazana bilərdi. Sərxan Əliyev isə güclü bir rəqiblə qarşılaşdı. Çox yaxşı döyüşdü. Biz onun döyüşündən razı qaldıq. Amma rəqibi çox güclü idi. Səidcəmşid də çox parlaq çıxış etdi. Üç rəqibinin üçü də güclü idi. Rəqiblərinə elə qalib gəldi ki, hakimlər arasında söz-söhbət də ola bilmədi. Finalda Türkiyə təmsilçisi ilə qarşılaşdı. Səidcəmşid təmiz qələbə qazanaraq qızıl medal əldə etdi. Onu da təbrik edirik".

N.Abdullayev qadın boksçularımızın döyüşlərinə də toxunub: "Qızlarımız da gözəl çıxış etdilər. İki qadın boksçumuz gümüş, bir qadın boksçumuz isə bürünc medal qazandı. Böyük təcrübələri olmadığına görə, kənarda təlim-məşq toplanışları, beynəlxalq görüşləri çox keçirmədiklərinə görə onların da döyüşlərini parlaq hesab edirəm. Özləri də çox gəncdirlər. Biz millimizin çıxışından razıyıq. Məncə, nəticələrimiz yaxşıdır".

N.Abdullayev Azərbaycan boksunun hazırkı durumunu da qiymətləndirib. O, ölkəmizdə boksun inkişaf etməkdə olduğunu bildirib: "Hazırda Azərbaycan boksu inkişaf edir. Özbəkistandan gələn, hazırda ölkəmizdə çalışan Rövşən müəllimin köməkliyi ilə əl-ələ verib işləyirik. Çalışırıq ki, çempionluqlarımız daha artıq olsun. Çox şey dəyişib. Bəzən qızlarla məşq edirik, İlkin müəllim də bizə qatılır. Birgə məşqlərlə inkişaf gedir".

Mütəxəssis qarşıdakı hədəflərdən söz açıb: "Qarşıdan dünya çempionatı gəlir. Yarışa hazırlaşırıq. İnşallah, orada da uğurlu çıxış edərik".

Yığmamızın böyük məşqçisi perspektiv vəd edən gənc boksçuların da adlarını çəkib: "Qızlardan ibarət boksçularımızdan Aynur Mikayılovanı fərqləndirərəm. Çox gəncdir, az döyüş keçirib, amma perspektivi böyükdür. Ümid edirəm ki, yaxşı nətcə göstərəcək. Kişilərdən isə Sübhan Məmmədovun adını çəkərəm. O, bir tapıntıdır. Sübhan çox fərqli boksçudur. Dünya çempionatında da iştirak etdi. Gözəl döyüşdü. Güclü boksçu ilə qarşılaşdı. Biz onun məğlub olduğunu hesab etmirik. Çox gəncdir. İnşallah, yaxşı nəticələr qazanacaq. Yəni, perspektivli boksçularımız var. Biz də onların üzərində işləyirik". 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qol.az
archiveBu xəbər 16 Noyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri